Interposta.Info

Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibi dəqiqləşdi
 

İdman
 7-08-2023, 16:36     377

"Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının III raundunda Finlandiya klubu HİK-ə məğlub olarsa, Konfrans Liqasının pley-off mərhələsində "Farul” (Rumıniya) - "Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.


"Qarabağ”ın yer aldığı cütlüyün məğlubu ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də baş tutacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26