Interposta.Info

“Qarabağ” “Linkoln”u keçsə, Polşa çempionu ilə qarşılaşa bilər - YENİLƏNİB

İdman / Manşet
 21-06-2023, 14:40     333

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.

"İnterPosta" xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsində “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan çempionu ilk oyununu səfərdə keçirəcək.

12:07

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqiblərinin sayı azalıb.

"İnterPosta" xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsində “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) - “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

10:04

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

"İnterPosta" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar Yolunda beş komanda - “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Molde” (Norveç) və “Aris” (Kipr) bu raunddan mübarizəyə qoşulacaqlarsa, I mərhələnin 15 cütü püşkatmada iştirak edəcək.

Adıçəkilən beş klubdan yalnız “Aris” Azərbaycan təmsilçisi “Qarabağ”a potensial rəqib ola bilər. Çünki kiprlilər püşkdə səpələnməmişlərdə, I raundun “Linkoln” (Cəbəllüttariq) - “Qarabağ” cütü isə səpələnmişlərdə qərarlaşacaq. “Qarabağ”ın digər səkkiz potensial rəqibi I təsnifat mərhələsinin cütləridir.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

Səpələnmişlər: “Dinamo” (Zaqreb, Xorvatiya), “Kopenhagen” (Danimarka), “Qalatasaray” (Türkiyə), “Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütü, “Linkoln” (Cəbəllüttariq) - “Qarabağ” (Azərbaycan) cütü, “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütü, “Molde” (Norveç), “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütü, “Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütü, “Partizani” (Albaniya) - BATE (Belarus) cütü;

Səpələnməmişlər: “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütü, “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütü, “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütü, HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütü, “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü, “Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütü, “Haken” (İsveç) - TNS (Uels) cütü, “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü, “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütü, “Aris” (Kipr).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26