Interposta.Info

UEFA "Qarabağ"ın legionerini fərqləndirdi

İdman
 14-02-2022, 23:39     142


UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.

"İnterPosta" xəbər verir ki, postda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib.

Paylaşımın üstündə isə izləyicilərə bu sual ünvanlanıb: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi"?

26 yaşlı oyunçu sözügedən qarşılaşmada (2:1) dubl edib.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26