Interposta.Info

ABŞ millisindən unikal rekord
 

İdman
 27-07-2023, 09:23     386

Yeni Zelandiyada keçirilən qadınlar arasında 2023-cü il dünya çempionatının qrup mərhələsinin ikinci turunda ABŞ və Niderland milliləri 1:1 hesablı heç-heçəyə razılaşıb.

Qaynarifno "Opta"ya istinadən xəbər verir ki, bu nəticə amerikalılara ardıcıl məğlubiyyətsiz matçların sayına görə kişilər və qadınlar arasında mütləq dünya çempionatı rekordu vurmağa imkan verib. Bu günə qədər ABŞ-ın qadınlardan ibarət komandası dünya çempionatlarında ardıcıl 19 matçda məğlub olmayıb.

Hazırkı dünya çempionatı iyulun 20-dən avqustun 23-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək. İlk dəfə olaraq turnirdə əvvəlkilərdə olduğu kimi 24 deyil, 32 komanda iştirak edir. ABŞ hazırkı dünya çempionudur. Amerikalılar son iki dünya çempionluğunu qazanıb - 2015 və 2019. Onlar ümumilikdə 4 dəfə qadınlar arasında dünya çempionatının qalibi olublar (1991, 1999, 2015, 2019).

ABş millisi həmçinin bir matçda ən çox qol vurma rekorduna da sahibdir. Əvvəlki dünya çempionatında amerikalılar Tayland millisini 13:0 hesabı ilə məğlub etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26