Interposta.Info

Daha üç cüdoçumuz uduzdu – dünya çempionatı

İdman
 26-08-2019, 14:47     10 474

Tokioda keçirilən cüdo üzrə dünya çempionatının ikinci günü də Azərbaycan idmançıları üçün uğursuz olub.

Qol.az xəbər verir ki, oğlanların mübarizəsində Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda Misir idmançısına uduzaraq mundialda mübarizəni dayandırıb. İlk görüşlərini qalib başa vuran qadın cüdoçularımız Gültac Məmmədəliyeva və Larisa Florian (hər ikisi 52 kq) növbəti qarşılaşmalarda məğlub olublar.

Avqustun 27-də dünya çempionatında daha 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək. Rüstəm Orucov, Hidayət Heydərov və İçinxorlo Munxtsedev Tokioda mübarizəyə qoşulacaq.

Xatırladaq ki, yarışın ilk günündə Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı (48 kq) və Leyla Əliyeva (48 kq) mübarizəni erkən başa vuraraq medalsız qalıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26