Interposta.Info

 

Çempionlar Liqası: “Linkoln” - “Qarabağ” matçı başladı - YENİLƏNİR

İdman
 11-07-2023, 19:48     443

Cəbəllütariqdə “Linkoln” və “Qarabağ” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat ilk oyunu başlayıb.

"İnterPosta" xəbər verir ki, “Viktoriya” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Qeyd edək ki, komandaların cavab matçı iyulun 19-da Bakı Olimpiya Stadionunda olacaq.

18:36

Cəbəllütariqdə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Linkoln” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Linkoln”: Deyl Kolinq, İbrahim Ayu, Con Sarcent, Bernardu Lopeş, Nano, Mandi, Mustafa Yahaya, İtan Britto, Liam Uoker, Kike Qomes, Xuampe
Ehtiyat oyunçular: İvan Villanueva, Nauset Santana, Roy Çipolina, Kayl Klinton, Xuan Penya, Conatan Şortino, Cumaney Börnet, Samson Acayi, Santi Luke, Li Kasyaro
Baş məşqçi: Xavi Munyos

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 7. Yassin Benzia, 20. Riçard Almeyda, 87. Adama Diakabi, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Viktoriya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

09:32
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/24 mövsümündə mübarizəyə başlayacaq.

"interPosta" xəbər verir ki, “atlılar” I təsnifat mərhələsinin ilk oyununda Cəbəllüttariqdə “Linkoln”un qonağı olacaq. “Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

19:30. “Linkoln” (Cəbəllüttariq) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)

“Viktoriya” stadionu.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26