Interposta.Info

“Linkoln” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

İdman
 27-06-2023, 16:53     242

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Linkoln” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Latviyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

Matçın baş hakimi Referi Vitaliys Spasyonnikovs olacaq. Ona yan xətlərdə Raymonds Tatriks və Arturs Sakurovs kömək göstərəcəklər.
Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufriyevs yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də “Viktoriya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26