Interposta.Info

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

İdman
 11-07-2023, 09:42     369

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/24 mövsümündə mübarizəyə başlayacaq.

"İnterPosta" xəbər verir ki, “atlılar” I təsnifat mərhələsinin ilk oyununda Cəbəllüttariqdə “Linkoln”un qonağı olacaq. “Viktoriya” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

11 iyul

19:30. “Linkoln” (Cəbəllüttariq) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)

“Viktoriya” stadionu.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26