Interposta.Info

“Qarabağ” ilk yay transferini reallaşdırıb

İdman
 27-05-2023, 14:44     380

“Qarabağ” ilk yay transferini reallaşdırıb.

Oxu.Az xəbər verir ki, Ağdam klubu “Zirə” ilə müqaviləsi başa çatacaq Hamidu Keyta ilə anlaşıb.

Tərəflər iki illik sözləşməni razılaşdırıblar. Mövsüm başa çatdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək.

Keçən ilin yanvarından “Zirə”də oynayan Hamidu Keyta Qurban Qurbanovun bəyəndiyi futbolçulardandır. Mütəxəssisin dəvəti ilə fransalı vinger “atlılar”ın martda “Qalatasaray”a qarşı xeyriyyə oyunu üçün heyətə cəlb edilmişdi.
Maraqlıdır ki, “Qarabağ” son illərdə daxili bazarda əcnəbi oyunçu transfer etmirdi. Komanda son olaraq, beş il əvvəl “Qəbələ”dən Filip Ozobiçi heyətinə qatıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında 32 oyunda səkkiz qol vurub, 11 məhsuldar ötürmə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26