Interposta.Info

"Barselona" bombardirin transferini təxirə saldı

İdman
 13-04-2019, 14:43     10 426

"Barselona" "Ayntraxt"ın hücumçusu Luka Yoviçin transferini təxirə salıb.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb "Real" və "Bavariya"nın da serbiyalı futbolçu ilə maraqlanmasıdır. Kataloniyalılar 21 yaşlı forvard üçün Avropa nəhəngləri ilə auksionda iştirak etmək istəmir. Klub rəhbərliyinin fikrini digər namizədlərə yönəltdiyi bildirilir.

Qeyd edək ki, müqavilə ilə "Benfika"ya məxsus olan Yoviç bu mövsüm Bundesliqada çıxdığı 26 oyunda 17 qol vurub, 6 məhsuldar ötürmə edib. Frankfurt təmsilçisi də bombardiri komandada saxlamağa çalışır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26