Interposta.Info

"Qarabağ" Azərbaycan kubokunu qazandı

Ölkə / Manşet
 27-05-2022, 22:12     395

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"İnterPosta" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan final qarşılaşmasında son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə olunmuş vaxtlarda komandalar fərqlənə bilməyib. Penaltilər seriyasında isə "Qarabağ" qalib gələrək kubokun qalibi olub. Bununla yanaşı "köhlən atlar" həm ölkə çempionu həm də kubokun sahibi olaraq "Qızıl dubl" etmiş oldu.

Azərbaycan Kuboku

Final

27 may

19:00. "Qarabağ" - "Zirə" 1:1 (pen. 4:3 )

Qollar: Hamidu Keyta, 17. - Abdullah Zubir, 69

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26