Interposta.Info

Cinsiyyətini dəyişdirmiş atletə qadağa qoyuldu

 

İdman
 12-05-2023, 16:44     318

Dünya Atletika Federasiyası cinsiyyətini dəyişdirmiş atlet Halba Dioufa qadınların yarışında iştirakına qadağa qoyub.

Qaynarinfo-nun məlumatına görə, trans idmançı bu səbəbdən təzyiqlərlə üzləşdiyini bildirib. Beynəlxalq qurumun qərarından sonra Diufun 2024-cü ildə keçiriləcək Paris Olimpiadasında yarışmaq arzularının üzərindən xətt çəkilib.

İdmançı qadağa ilə bağlı açıqlamasında, "Bunu anlamıram, çünki trans qadınların müəyyən bir testosteron səviyyəsinin altında olduqları təqdirdə yarışmağa həmişə icazə verilir. Məncə, trans qadınların yeganə müdafiəsi onların istədikləri kimi yaşamaq hüququdur və bu, rədd edilir. Bizi incidirlər. Yarışlardan kənarda qaldığım üçün özümü atılmış kimi hiss edirəm” - deyib.

Beynəlxalq təşkilatın prezidenti Sebastyan Koe mart ayında cinsi yetkinlik yaşına çatmış trans-idmançıların dünya səviyyəli yarışlara buraxılmayacaqlarını açıqlamışdı.

Seneqalda doğulan və 4 yaşında Fransaya gələn Diuf yetkinliyə çatanda Eks-en-Provensə köçdü və cinsiyyətini dəyişdirmək üçün hormon terapiyasına başladı. Fransa hakimiyyəti 2021-ci ildə gender dəyişikliyini rəsmən tanıyıb. Dioufun endokrinoloqu Alain Berliner idmançının fizioloji və hormonal durumuna görə qanuni şəkildə qadın olduğunu və onun testosteronunun hazırda təbii şəkildə qadın doğulanların testosteronunun orta səviyyəsindən daha aşağı olduğunu bildirib.



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26