Interposta.Info

Komitə sədri həbsxanada olan bu qadınların azad olunmasını istədi

Ölkə
 4-04-2023, 12:26     202

"Bu yaxınlarda qadın həbsxanasında idim. Oradakı qadınların müraciətini çatdırmaq istəyirəm".

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

"Onların bəziləri qurbanlardır. Əfv edilməsi üçün xahiş edirlər. Cəzalarının çoxusunu çəkiblər. Aralarında qazi anaları və şəhid ailələri də var. Mən də onların müraciətini burdan səsləndirirərək, cənab prezident və əfv komissiyasından onların müraciətinə baxılmasına xahiş edirəm", deyə deputat qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26