Interposta.Info

FİFA tələb etdi, İran razılaşdı: 43 ildən sonra qadınlara bu hüquq verildi
 

Dünya
 24-08-2022, 19:53     280

İranlı qadınların futbol stadionlarına girişinə icazə verilib.

Qaynarinfo bu barədə IRNA agentliyinə istinadən xəbər verir.

"İlk dəfə olaraq Premyer Liqanın oyunlarından biri qadın tamaşaçıların iştirakı ilə keçiriləcək”, - İranın İdman və Gənclər Nazirliyinin təhlükəsizlik üzrə baş direktoru Məcid Şəhidi deyib.

M.Şəhidi bildirib ki, Korona ilə əlaqədar stadionların tutumunun 30%-dən istifadə edilməsi və "İstiqlal” və "Mes Kerman” matçlarına 28 min biletin satışı ilə bağlı qanuna əsasən, Premyer Liqa yarışlarında məhdud sayda qadın azarkeşin iştirak etməsi nəzərdə tutulur.

"Bu tamaşaçılar stadionun, şərq qapısından və bilet nəzarətindən keçdikdən sonra stadiona daxil olacaq və təyin olunmuş avtobuslarla onlar qadın tamaşaçılar üçün xüsusi platformaya aparılacaqlar.

İran mediasının məlumatına görə, cümə axşamı günü keçiriləcək "İstiqlal" - "Mes" matçında stadionun ikinci mərtəbəsində cəmi 500 qadın ola bilər.

Vurğulanır ki, bu, FİFA-nın stadionda iranlı qadınların olmasını tələb etməsindən sonra baş verib. FİFA hətta qadınların stadionlara buraxılmayacağı təqdirdə İran futboluna sanksiya tətbiq edəcəyi ilə hədələyib.

Qeyd edilir ki, təxminən 43 il əvvəl, 1979-cu ildə İranda qadınların futbol stadionlarına girişi qadağa olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26