Interposta.Info

"Barselona"nın əfsanəvi kapitanı vəfat etdi
 

İdman
 20-04-2023, 22:34     374

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jozel Mariya Fuste vəfat edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 82 yaşında dünyasını dəyişib.

Kataloniya təmsilçisinin əfsanəvi kapitanı 1958 - 1972-ci illərdə bu komandanın şərəfini qoruyub. Bu müddətdə 406 oyun keçirən futbolçu 117 qol vurub. Fuste "Barselona"da keçirdiyi 14 il ərzində İspaniya Kuboku, Yarmarkalar Kuboku və UEFA Kubokunu qazanıb.

O, həmçinin, İspaniya yığması ilə 1964-cü il Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Jozel Mariya Fuste "Barselona" ilə yanaşı, "Kondal", "Osasuna" və "Herkules" komandalarının da formasını geyinib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26