Millimiz bu gün sonuncu matçını keçirəcək
Futzal üzrə Azərbaycan milli komandası DÇ-2024-ün əsas mərhələsi çərçivəsində bu gün sonuncu oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Jose Alesionun komandası Polşa ilə qarşılaşacaq. Koşalin şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Estoniya və Latviyadan olan hakimlər idarə edəcək.
DÇ-2024, əsas mərhələ
23:00. Polşa – Azərbaycan
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya)
Timekiper: Marta Brudnicka (Polşa)
Hakim-inspektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Joao Roça (Portuqaliya)
7 mart. Koşalin. İdman zalı.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26