Interposta.Info

Polşa və Baltikyanı ölkələrin dövlət başçıları Kiyevə səfər edirlər

Dünya
 13-04-2022, 14:33     315

Polşa və Baltikyanı ölkələrin (Estoniya, Latviya və Litva) dövlət başçıları Ukraynaya səfərə yola düşüblər.

Bu barədə məlumatı Polşa Prezidenti Andjey Duda administrasiyası yayıb.

Bildirilib ki, hazırda Polşa Prezidenti Andjey Duda həmkarları Gitanas Nauseda (Litva), Alar Karis (Estoniya) və Eqils Levits (Latviya) ilə artıq Ukrayna ərazisindədir və paytaxt Kiyev istiqamətində hərəkət edirlər.

Bildirilib ki, səfərin məqsədi Prezident Volodimir Zelenski ilə görüşmək və Ukraynaya dəstəyi ifadə etməkdir.

Prezident administrasiyasından, həmçinin bildirilib ki, səfərin təşkilatçısı Polşa tərəfidir, nümayəndə heyəti Varşavadan yola düşüb və Ukrayna ilə birlikdə bu səərin logistika və təhlükəsizlik məsələlərini təmin edir./azərtac

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26