Interposta.Info

7 ölkədən Rusiya əleyhinə qərar: onlarla diplomat qovulur

Dünya
 26-03-2018, 19:12     10 491

Latviya, Litva, Polşa və Estoniya xarici işlər nazirlikləri Rusiyanın ölkədəki diplomatik nümayəndələrini nazirliyə çağırıb. ABŞ, Almaniya və Fransa isə bu ölkədən olan diplomatları qovmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, Polşa höküməti Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi rusiyalı diplomatların ölkədən deportasiyasına dair məlumatlandırıb.

Digər ölkələrin addımının səbəbi barədə hələlik məlumat yoxdur.

ABŞ, Almaniya və Fransa da rusiyalı diplomatların ölkədən qovulması barədə qərar qəbul edib. ABŞ 60 rus diplomatı deportasiya edəcək. Onlardan 12-si casusluqda ittiham olunur.

Qeyd edək ki, bu addımlara səbəb sabiq rus agenti Sergey Skripalın İngiltərədə zəhərlənməsidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26