Interposta.Info

Hakimiyyətə yaxın oliqarxların London mülklərinin müsadirəsi, diplomatların qovulması...

Dünya
 9-03-2018, 11:46     10 394

Böyük Britaniyanın baş naziri Tereza Mey Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, ingils kəşfiyyatına işlədiyi üçün mühakimə olunan Sergey Skripalın zəhərlənməsinə görə Moskvaya çox sərt cavab addımları hazırlayır

Bu barədə “The Sun” qəzeti yazıb.


Baş nazir ölkə ərazisində xarici dövlətin kimyəvi silah tətbiq etməklə sui-qəsd həyata keçiməsi ilə bağlı ictimai narazılığın güclü olduğunu nəzərə alaraq Rusiyaya qarşı sərt tədbirlər görməyə hazırdır. Bildirilir ki, Britaniya kəşfiyyatının rəhbərləri bir neçə gün ərzində Skripalın zəhərlənməsinə dair əməliyyatın Moskva tərəfindən həyata keçirildiyi haqda “tutarlı sübutları” təqdim edəcək.
Hakimiyyətə yaxın oliqarxların London mülklərinin müsadirəsi, diplomatların qovulması...


Bununla əlaqədar olaraq baş nazir Tereza Mey hökumətin ötən həftə keçirilən təhlükəsizlik kabinetinin (COBRA) iclasında tapşırıq verib ki, Rusiyaya qarşı iqtisadi, hərbi və diplomatik sferada qisas tədbirlərinin “tam spektri” hazırlansın. Bura aşağıdakılar daxil olacaq:

-Yüksək vəzifəli rusiyalı diplomatların və casusların dərhal Britaniyadan xaric edilməsi, habelə Kremlə bağlı oliqarxlar üçün Britaniya vizasının ləğvi, onların mülklərinin, aktivlərinin dondurulması və ölkəyə səfərlərinə qadağa qoyulması;

-Böyük Britaniyanın yaxın müttəfiqləri-Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə birlikdə Rusiyanın kimyəvi silah hücumunu kəskin pisləyən bəyanatın qəbul edilməsi;
Hakimiyyətə yaxın oliqarxların London mülklərinin müsadirəsi, diplomatların qovulması...


-Daha uzunmüddətli perspektivdə Böyük Britaniyanın Şərqi Avropada hərbi iştirakının gücləndirilməsi, orada təyyarələrin və qoşunların artırılması, NATO-nun iyul sammitində alyansın Rusiya sərhədləri boyu qüvvə cəmləşdirməsi məsələsinin qaldırılması.

66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıb. Hazırda onlar kritik vəziyyətdə reanimasiyadadır. Rusiyaya xəyanət etmiş QRU polkovnikinin əsəb sistemini iflic edən və kimyəvi silah kateqoriyasına daxil olan maddə ilə zəhərləndiyi təsbit olunub. Bu zəhərin təsirinə hadisəni araşdıran bir polis əməkdaşı və daha 20 yerli sakin də məruz qalıb. Polisin də vəziyyəti yaxşı deyil və xəstəxanadadır. Həkimlər Skripalın vəziyyətinə dair hər hansı proqnoz vermirlər.(Virtualaz.org)

XeberBz.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26