Interposta.Info

Mİ-5 QRU zabitini kimin zəhərlədiyini açıqladı

Dünya
 7-03-2018, 13:10     10 365

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi Rusiya ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms” qəzeti Britaniyanın Mİ-5 kəşfiyyat idarəsindəki mənbələrinə istinadən yayıb. Kəşfiyyat sui-qəsdin dövlət tərəfindən maliyyələşdirilə biləcəyini vurğulayıb.

Mİ-5-in irəli sürdüyü versiyalar sırasında şəxsi motivlər və Skripalın rəqiblərinin onu öldürmək istəklərinin də yer aldığı bildirilib.

Qeyd edək ki, Skripal öz qızı ilə birgə Britaniyadakı ticarət mərkəzlərindən birində zəhərlənib və hazırda ağır vəziyyətdə xəstəxanada yatır. Ona sui-qəsdin Rusiya xüsusi-xidmət orqanları tərəfindən həyata keçirilməsi barədə ciddi şübhələr var.

Rusiya “vətən xaini” hesab etdiyi Skripalı 2006-cı ildən axtarışa verib.

Britaniya XİN başçısı Boris Conson isə sui-qəsdin arxasında Rusiyanın çıxacağı təqdirdə bunun cəzasız qalmayacağını, DÇ-2018-dən imtina ediləcəyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26