Interposta.Info

"Lids" baş məşqçisini qovdu

İdman
 7-02-2023, 14:42     389

İngiltərə Premyer Liqası təmsilçisi "Lids" baş məşqçisi Cessi Marşı vəzifəsindən qovub.

"İnterPosta"-nın məlumatına görə, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Açıqlamada amerikalı məşqçi ilə yanaşı onun köməkçiləri Rene Mariç, Kameron Toşak və Pyer Barreunun da göndərildiyi bildirilib. Səbəb kimi komandanın pis nəticələri göstərilib.

2022-ci ilin fevralında "Lids"ə baş məşqçi təyin olunan və bir il komandanı çalışdırdıqdan sonra qovulan 49 yaşlı Marş daha əvvəl "Leyptsiq”, "Zalsburq”, "Nyu York Red Bulls” və "Monreal”da işləyib.

interPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26