Interposta.Info

9 gün sonra qovulan məşqçi 3 milyon avro alacaq

İdman
 30-04-2020, 13:58     1 606

"Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç "Sportinq"dən qovulduğu üçün 3 milyon avro təzminat alacaq.

Bu barədə "A Bola" nəşri məlumat yayıb. Bildirilib ki, ötən ilin iyulunun 18-i Portuqaliya klubuna baş məşqçi təyin olunan mütəxəssislə 9 gün sonra 3 illik müqaviləyə xitam verilib.

İdman Arbitraj Məhkəməsi (CAS) Lissabon təmsilçinin 50 yaşlı mütəxəssisə 3 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb.

Qeyd edək ki, S.Mixayloviç CAS-a müraicət edərək 11.2 milyon avro təzminat istəmişdi./qol.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26