Interposta.Info

Bolqarıstan donuzlarda Afrika vəbası ilə mübarizə üçün Avropa İttifaqından 2,9 milyon avro alacaq

Dünya
 10-08-2019, 20:28     10 462

Bolqarıstan donuzlarda Afrika vəbası xəstəliyi ilə mübarizə üçün 2,9 milyon avro maliyyə vəsaiti alacaq. Bu Brüsseldə ölkənin kənd təsərrüfatı naziri Desislava Tenevoyun və Avropanın səhiyyə və ərzaq təhlükəsizliyi komissarı Vityanis Andryukaytisin görüşündən sonra məlum olub. Eyni zamanda Bolqarıstan Afrika vəbasının yayılmasının qarşısını almaq üçün artıq məhv etdiyi xəstəlik ocaqlarına görə və donuz fermalarının yenidən bərpası üçün 11 milyon avro məbləğində yardım gözlədiyi barədə məlumat verib./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26