Interposta.Info

Avropa İttifaqı Gürcüstanın rayonlarının inkişafına 2,4 milyon avro maliyyə vəsaiti ayırıb

Dünya
 21-03-2019, 11:47     10 312

Avropa İttifaqı Gürcüstanın kənd rayonlarının inkişafına 2,4 milyon avro maliyyə vəsaiti ayırıb. Layihənin icrasına martın 19-dan Gürcüstanın Tsalka rayonundan başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində kiçik fermer təsərrüfatlarına, qadın iş adamlarına və yeni innovasiyaların tətbiqində gənclərə yardım məsələləri nəzərdə tutulub.

Layihə Avropa İttifaqının kənd təsərrüfatı sahəsində qonşuluq və kənd rayonlarının inkişafı proqramı çərçivəsində həyata keçirilir.

Layihənin Gürcüstanın Borjomi, Laqodexi, Kazbek, Keda, Xulo, Tetriskaro, Dedopliskaro və Axalkalaki bələdiyyələri ərazisində həyata keçirilməsi nəzərdə tutulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26