Interposta.Info

"Qarabağ" "Portu"nun sabiq futbolçusunu istəyir

İdman
 30-01-2023, 11:32     468

Şahruddi Məhəmmədəliyevin ciddi zədə almasından sonra qapıçı axtaqrışında olan "Qarabağ”ın heyətinə qatmaq istədiyi daha bir qolkiper barədə məlumatlar yayılıb.

"İnterPosta"xəbər verir ki, "themasports.tothemaonline.com” saytı Azərbaycan çempionunun Kiprin "Aris” klubuna braziliyalı Vana Alves üçün təklifi göndərdiyini açıqlayıb.

Məlumata görə, Limassol klubu ağdamlıların 32 yaşlı yaşlı "çərçivə" qoruyucusu üçün ünvanladığı təklifi geri çevirib.

Qeyd edək ki, 2021-ci ildən "Aris”də çıxış edən Alves daha öncə "Koritiba” (Braziliya) və "Portu” (Portuqaliya) kimi klubların formasını geyinib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26