Interposta.Info

“Şamaxı” klubu daha bir futbolçu ilə müqaviləni yenilədi

İdman
 15-12-2022, 15:00     453

“Şamaxı” klubunda daha bir futbolçu ilə yeni müqavilə imzalanıb.

Bölgə təmsilçisindən verilən məlumata görə, Bahadur Həziyevlə sözləşmənin müddəti uzadılıb.

Razılığa əsasən, 23 yaşlı yarımmüdafiəçi daha iki il yarım Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, “Şamaxı” daha əvvəl Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqaviləni yeniləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26