Interposta.Info

Bakı klubu dünya şöhrətli futbolçu ilə danışıqlara başladı

İdman
 14-03-2019, 14:03     10 413

"Səbail” klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

İnterPosta.info
klubun saytına istinadən xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdi.

Peşəkar karyerasına Fransa "Bastiya”sında başlayan və ardınca "Lion"da çıxış edən Esyen ən çox oyuna İngiltərənin "Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi "Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniyanın "Real" və İtaliyanın "Milan” klublarının da şərəfini qoruyub. O, son olaraq İndoneziyanın "Persib Bandunq" klubunda çıxış edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26