Interposta.Info

"Qəbələ" məşqçilər korpusu ilə bağlı qərar verdi (RƏSMİ)

İdman
 8-04-2022, 15:19     15 675

"Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

"İnterPosta" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm "qırmızı-qaralar”ı çalışdıracaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022-2023-cü illər mövsümünün sonunadək olan dövrü əhatə edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26