Interposta.Info

Premyer Liqa klubunda məşqçi dəyişikliyi: Rəşad Sadiqov göndərildi (FOTO)

İdman
 26-01-2021, 21:28     646

"Keşlə” Futbol Klubunun məşqçilər korpusundə dəyişiklik olub.

"İnterPosta'' klubun rəsmi saytına istinadən xəbər verir ki, Azər Bağırov komandanın yeni baş məşqçisi Sənan Qurbanovun köməkçisi təyin olunub.

39 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Azər Bağırov daha əvvəl "Qəbələ”, "Turan Tovuz” və MOİK klublarında çalışıb.

Həmçinin, əldə etdiyimiz məlumata görə, oynayan məşqçi kimi Tərlan Əhmədovun baş məşqçi işlədiyi dövrdə komandaya gətirilmiş Rəşad Sadiqovla yollar ayrılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26