Interposta.Info

Polşa millisi Rusiya ilə oyundan imtina etdi

İdman
 27-02-2022, 01:33     267


Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu DÇ-2022-nin pley-off matçından imtina edib.

Fanat.Az xəbər verir ki, məlumatı ölkənin futbol ittifaqının prezidenti Çezare Kuleşa yayıb.

Qurum rəhbəri bu barədə "Twitter” səhifəsində yazıb: "Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq”.

Xatırladaq ki, sözügedən qarşılaşma martın 24-nə planlaşdırılıb. Cütün qalibi İsveç – Çexiya matçının qalibi ilə martın 29-dakı finalda qarşılaşacaq. Bu görüşdə qalib gələn DÇ-2022-yə vəsiqə qazanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26