Interposta.Info

2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək

İdman
 13-07-2018, 20:03     10 570

2022-də ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında FİFA prezidenti Canni İnfantino bildirib. O, 2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatının 21 noyabr-18 dekabr tarixlərində baş tutacağını söyləyib: "Artıq Avropa liqaları da bu barədə xəbərdar edilib. Anlaşılandır ki, onlar da öz qrafiklərini uyğunlaşdırmalıdırlar. Məncə, bu düzgün qərardır. Ona görə ki, heç kəs iyun-iyul aylarında Qatarda futbol oynamaq istəmir. Noyabr və dekabrda isə orada elə istilər olmur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26