Interposta.Info

Futbol üzrə Dünya Çempionatında ingilis azarkeşlərə Pivə qadağası

İdman
 30-11-2017, 16:12     10 230

Ruslar İngiltərə azarkeşlərinə hər oyundan əvvəl yalnız bir parç pivə verilməsini istəyirlər

AzNews.az xəbər verir ki, İngiltərənin "The Guardian" qəzetinin yazdığına görə, gələn yay Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatında ingilis azarkeşlərə hər oyundan əvvəl və sonra yalnız bir parç pivə verilməsi tövsiyə edilib.

Rusiya rəsmilərinin fikrincə, bu məsləhət İngiltərə azarkeşlərinin öz təhlükəsizliyinə xidmət edir.

Rusiya turizminin başçılarından biri bəyan edib ki, o, 2018-ci ildə keçiriləcək Dünya Çempionatında 2016-cı ilin Avropa Çempionatında baş vermiş zorakılıqların təkrar olunacağına inanmır, amma buna görə İngiltərə azarkeşlərinin içib sərxoş olmalarına yol verilməməlidir.

Xatırladaq ki, 2016-cı ilin Avropa Çempionatı zamanı Marseldə rus və ingilis azarkeşlər arasında insident baş vermişdi. Hazırda belə hərəkətlərin təkrar olunacağından böyük narahatlıq var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26