Interposta.Info

BBC-nin filmi

Dünya
 18-02-2017, 07:24     490

BBC-nin filmi

BBC-nin “Rus dələduzlar ordusu” sənədi filmini Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatını gözdən salmaq üçün hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın Britaniyadakı səfirliyi yayıb. Səfirlik bu filmdə əsas məqsədin Britaniya cəmiyyətinə Rusiyaya gəlmək istəyən azarkeşlərə hansı təhlükə ilə üz-üzə qalacaqları fikrini təlqin etmək olduğunu bildirib. Rusiya nümayəndə heyəti belə bir kampaniyanın Soçi olimpiadası ərəfəsində də aparıldığını bəyan edib.

Qeyd edək ki, BBC bu filmdə xüsusilə Fransada keçirilən Avropa Çempionatı zamanı çəkilən kadrlardan istifadə edib. Bu kadrlar daha çox ingilis və rus azarkeşlərinin savaşı ilə bağlı olub. O zaman baş vermiş savaşda 10 ingilis yaralanmış, 2 nəfər isə ölmüşdü.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26