Futbolçu oyun zamanı pivə içdi, sonra qol vurdu -

Bolqarıstanın "Veriya" klubunun futbolçusu İvan Bandalovski oyun zamanı pivə içib.
Sportnet.az-ın məlumatına görə, bu, ölkə çempionatında Avropa Liqasına vəsiqə uğrunda "Levski" ilə "pley-off" mərhələsinin final matçında baş verib.
29-cu dəqiqədə fanatlardan biri meydana pivə qabı atıb. Bandalovski qabı götürərək açıb, bir azını içib və qalanını tüpürüb. Bundan bir qədər sonra "Levski" hesabı açıb. Amma 90+3-cü dəqiqədə Bandalovski bərabərlik topunu vurub.
Qeyd edək ki, qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "Levski" qələbə qazanıb - 10:9.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26