Interposta.Info

"Mançester Siti"nin futbolçusu anasını döyənlərə hücum etdi (VİDEO)

İdman
 21-02-2022, 15:36     110 009

İngiltərəli ulduz futbolçu Fil Foden xoşagəlməz anlar yaşayıb.

Qaynarinfo xəbər verir ki, Premyer Liqa komandalarından "Mançester Siti”nin İngiltərə millisinin üzvünün anası Kler davaya qarışıb. Dava zamanı onun anasını yumruqla vurublar. Bundan qəzəblənən Phil Foden cangüdənləri ilə həmin şəxslərə hücum edib.

Hadisə Mançesterdəki "AO Arena"da baş verib. Əmir Xan və Kell Bruk arasında keçirilən boks görüşünü izləməyə gedən Fil Foden "Qalereya 33" adlı zala doğru yollanıb. Lojaya gedərkən dəhlizdə bəziləri tərəfindən sözlü təhqirlərə məruz qalan gənc ulduzun anası bu vəziyyətə sərt reaksiya verib. Fodeni söyən şəxsi qapıdan uzaqlaşdırmağa çalışan Kler mühafizəçilərdən də sıyrılaraq onların üzərinə yeriyib. Nəticədə onun üzünə yumurqla vurublar. Belədə Foden də otaqdan çıxaraq davaya qarışıb. Yarımmüdafiəçinin mühafizəçiləri Klerlə digər insanların arasına girməyə çalışıb. Futbolçu və anasını hadisə yerindən uzaqlaşdıran mühafizəçilərlə xuliqanlar arasında dava bir müddət davam edib. Davanın böyüdüyünü görən mühafizəçilərdən biri yanğınsöndürən balonla həmin azarkeşləri kənarlaşdırmağa çalışıb. Bir müddət davam edən insident insanların onların tərk etməsindən sonra başa çatıb.

Sosial mediada paylaşılan görüntülərdən sonra istifadəçilər daha Fodenin anasını yumruqlayan şəxsləri günahlandırsalar da, mühafizəçilərin bacarıqsız olduğunu da qabardıb.

İnterPosta.info
[media=https://dai.ly/x882bcp]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26