Interposta.Info

Təmsilçimiz Çempionlar Liqasında növbəti matçına çıxacaq

İdman
 24-08-2021, 11:32     491

"Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının ilkin mərhələsində son oyununu keçirəcək.

"İnterPosta"xəbər verir ki, təmsilçimiz Latviya çempionu "Raba” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk matçda Cəbəllütariq klubu "Europa"nı 9:2 hesabı ilə məğlub edib. Növbəti oyunda Finlandiya təmilçisi "Kampuksen Dinamo”su ilə heç-heçə (4:4) oynayan "Araz-Naxçıvan” hazırda 4 xalla qrupda 1-2-ci yerləri bölüşdürür.

Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil olunan ilkin mərhələnin oyunları avqustun 20-dən 25-dək keçiriləcək. Reqlamentə görə, 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub da daxil olmaqla əsas mərhələyə 9 komanda vəsiqə qazanacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26