Azərbaycan Premyer Liqasının başlama tarixi müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün başlanma tarixi məlum olub.
İnterPosta.info PFL-in saytına istinadən xəbər verir ki, növbəti mövsüm avqustun 16-da start götürəcək. Çempionatda 8 komanda mübarizə aparacaq. Klublar dairəvi sistemlə 4 dövrədə qüvvələrini sınayacaqlar.
Premyer Liqada 2019/20 mövsümünün transfer pəncərələrinin vaxtı da bəllidi. Mövsümün yay transfer pəncərəsi 6 gündən sonra açılacaq. Bu dövr 2019-cu ilin 11 iyun - 2 sentyabr tarixlərini əhatə edəcək.
Qış transfer pəncərəsi isə 2020-ci ilin 7 yanvar - 3 fevral tarixində açıq olacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26