Interposta.Info

Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

İdman
 1-06-2020, 21:46     1 109

Azərbaycan Premyer Liqasında çıxış edən klublar oyun ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.

"İnterPosta" xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsi qərar verib.

Qərara əsasən, Premyer Liqada və Azərbaycan kuboku uğrunda yarışda FIFA-nın tətbiq etdiyi yeni qaydalara uyğun olaraq matç ərzində 5 əvəzetməyə icazə verilməsi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26