Interposta.Info

AFFA prezidenti:

İdman
 22-04-2017, 15:21     583

"Gələn mövsüm Azərbaycan Premyer Liqasında neçə komandanın iştirak edəcəyinə dair qərar hələ verilməyib".

"Report" xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

O deyib ki, lisenziya ala bilən klubların hamısı 2017-2018 mövsümündə Premyer Liqada iştirak edəcəklər.

R.Abdullayev elitada sonuncu yeri tutan AZAL-ın I Diviziona enib-enməyəcəyi barədə məsələyə də münasibət bildirib: "Bu məsələyə baxacağıq.

Yəqin ki, axırıncı yeri tutan komanda Premyer Liqanı tərk edəcək. I Diviziondan gələn olsa, AZAL elitanı tərk edəcək. Hələlik neçə komandanın gələcəyi bilinmir".

Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda mübarizə aparır. I Divizionda isə "Turan Tovuz" çempion olaraq yüksək liqaya vəsiqə qazanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26