Interposta.Info

"Bordo" klubunun futbolçusunun anası oğurlanıb

İdman
 5-03-2019, 08:51     10 362

Nigeriya yığmasının və Fransanın "Bordo" futbol klubunun oyunçusu Samuel Kalunun anası oğurlanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "sportinglife.ng" nəşri məlumat yayıb.

Bildirilir ki, qadın fevralın 27-də evinə qayıdan zaman oğurlanıb.

"Adam oğruları qadına görə təqribən 8,3 min dollar pul istəyiblər və onu buraxacaqlarına söz veriblər. Biz bütün gecəni gözlədik, lakin o qayıtmadı. Növbəti səhər onlar daha çox pul almaq üçün yenə zəng etdilər. İndi 41 min dollar istəyirlər", — deyə futbolçu bildirib.

Abiya ştatının polisi artıq hadisə barədə məlumatlandırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26