Interposta.Info

ABŞ xüsusi xidmət agentinin avtomobilindən "Trump Tower" göydələninin sxemi oğurlanıb

Dünya
 18-03-2017, 20:06     548

"Trump Tower" göydələninin ətraflı planlarının olduğunu ABŞ xüsusi xidmət orqanına məxsus noutbuk Nyu Yorkda agentin avtomobilindən oğurlanıb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Xüsusi xidmət orqanından noutbukdakı məlumatın şifrəli olduğunu və istənilən halda orada mühüm məlumat olmadığı bildirilib.
Lakin "ABC News" telekanalı kompüterdə Hillari Klintonun şəxsi poçt ünvanından həyata keçirdiyi yazışmalarla bağlı işin təfsilatlarının, eləcə də Roma Papası Fransisk ilə bağlı informasiyanın olduğunu xəbər verib.

Polis müşahidə kameralarının lentə aldığı kadrları incələyərək hadisəni araşdırır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26