Interposta.Info

Roma Papası Qarabağdan danışdı "Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”.

Siyasət / Manşet
 8-02-2021, 16:13     632

Bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi zamanı vəziyyətin gərgin olduğu bölgələri sadalayarkən bildirib.

"Orada közərməyə davam edən bir neçə münaqişədən bəziləri son illərdə daha da alovlanaraq regiondakı sabitlik və təhlükəsiziyi təhdid edir”, – katolik kilsəsinin rəhbəri qeyd edib.

"Bizim dövrdə dinlərarası dialoq xalqlar və mədəniyyətlər arasındakı anlaşmanın mühüm parçasıdır”, - Roma papası vurğulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycanın Fransa və Vatikandakı səfiri Rəhman Mustafayev də iştirak edib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26