Interposta.Info

"Qalatasaray"la "Fənərbaxça"nın Avropa macərası başa çatdı

İdman
 22-02-2019, 08:37     10 398

Avropa Liqasında 1/16 finalın növbəti cavab qarşılaşmaları keçirilib.

Baş tutan 15 oyundan sonra 1/8 finalın bütün iştirakçıları müəyyənləşib.

"Fənərbaxça” İstanbulda 1:0 hesabı ilə qalib gəldiyi "Zenit"in qonağı olub. Rusiya klubu 3:1 hesablı qələbə qazanaraq 1/8 finala çıxıb.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi daha bir oyunda "Qalatasaray” "Benfika”ya qonaq olub. Evdə məğlub olan (1:2) "Cim-Bom” səfərdə qolsuz bərabərliyə razılaşıb və mübarizəni dayandırıb.

İlk oyunda səfərdə BATE-yə minimal hesabla uduzan "Arsenal” Londonda rəqibini darmadağın edərək adını növbəti mərhələyə yazdırıb - 3:0. Ukraynadakı qarşılaşmada qollu bərabərliyə razılaşan "Ayntraxt”la "Şaxtyor”un cavab qarşılaşmasında almanlar 4:1 hesablı qələbə qazanıb.

İlk oyunda 1:0 hesablı qələbə qazanan "İnter" "Rapid"i 4:0 hesabı ilə yenib. Səfərdə 2:1 hesablı qələbəyə sevinən "Çelsi" doğma meydanda "Malmö"nü darmadağın edib.

Rusiyanın "Krasnodar" klubu "Bayer"i mabarizədən kənarlaşdırıb. Komandalar arasındakı hər iki oyun "sülh"lə bitib (0:0, 1:1). Ruslar səfər qolu sayəsində mərhələ adlayıb.

Bundan başqa Zaqreb "Dinamo"su, "Napoli", "Zalsburq", "Valensiya", "Vilyarreal", "Renn", Kiyev "Dinamo"su və "Slaviya" mərhələ adlayıb.

Qeyd edək ki, bu mərhələnin bir oyununda "Sevilya" "Latsio"nu mübarizədən kənarlaşdırıb (1:0, 2:0).

Avropa Liqası
1/16 final
Cavab oyunları

21 fevral
Arsenal (İngiltərə) - BATE (Belarus) 3:0
Qollar: Zaxar Volkov, 4 (avtoqol). Şkodran Mustafi, 39. Sokratis Papastatopolos, 60.
İlk oyun - 0:1

Dinamo (Zaqreb, Xorvatiya) - Viktoriya (Çexiya) 3:0
Qollar: Mislav Orsic, 15. Emir Dilaver, 34. Bruno Petkoviç, 73.
Qırmızı vərəqə: David Limberski, 87 (Viktoriya).
İlk oyun - 1:2

Ayntraxt (Almaniya) - Şaxtyor (Ukrayna) 4:1
Qollar: Luka Yoviç, 23. Sebastien Haller, 26-pen; 80. Ante Rebik, 88 - Junior Moraes, 64.
İlk oyun - 2:2

Napoli (İtaliya) - Sürix (İsveçrə) 2:0
Qollar: Simone Verdi, 43. Adam Ounas, 75.
İlk oyun - 3:1

Zalsburq (Avstriya) - Brügge (Belçika) 4:0
Qollar: Xaver Şklager, 17. Patson Daka, 29; 43. Munas Dabbur, 90+4.
İlk oyun - 1:2

Valensiya (İspaniya) - Seltik (Şotlandiya) 1:0
Qol: Kevin Qameyro, 70.
Qırmızı vərəqə: Ceremi Tolhan, 37 (Seltik)
İlk oyun - 2:0

Vilyareal (İspaniya) - Sportinq (Portuqaliya) 1:1
Qollar: Pablo Fornals, 80 - Bruno Fernandes, 45+1.
Qırmızı vərəqə: Cefferson, 50.
İlk oyun - 1:0

Zenit (Rusiya) - Fənərbaxça (Türkiyə) 3:1
Qollar: Maqomed Ozdoev, 4. Sərdar Azmun, 37; 76 - Mehmet Topal, 43.
İlk oyun - 0:1

Benfika (Portuqaliya) - Qalatasaray (Türkiyə) 0:0
İlk oyun - 2:1

Betis (İspaniya) - Renn (Fransa) 1:3
Qollar: Covani Lo Çelso, 41 - Rami Bensebaini, 22. Adrien Huno, 30. M'Baye Nianq, 90+4.
İlk oyun - 3:3

Çelsi (İngiltərə) - Malmö (İsveç) 3:0
Qollar: Oliver Jiru, 55. Ross Barkli, 74. Kallum Hudson-Odoi, 84.
Qırmızı vərəqə: Rasmus Benqtsson, 73 (Malmö).
İlk oyun - 2:1

Dinamo (Kiyev, Ukrayna) - Olimpiakos (Yunanıstan) 1:0
Qol: Fran Sol, 32.
İlk oyun - 2:2

Genk (Belçika) - Slaviya (Çexiya) 1:4
Qollar: Leandro Trossard, 10 - Vladimir Kufal, 23. İbrahim Traore, 54. Milan Şkoda, 65; 69.
İlk oyun - 0:0

İnter (İtaliya) - Rapid (Avstriya) 4:0
Qollar: Matias Vesino, 11. Andrea Ranoççia, 18. İvan Perişiç, 80. Matteo Politano, 87.
İlk oyun - 1:0

Bayer (Almaniya) - Krasnodar (Rusiya) 1:1
Qollar: Aranquis, 87 - Maqomed-Şapi Süleymanov, 84.
İlk oyun - 0:0/qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26