Interposta.Info

Avropa Liqasında 1/8 finalçılar müəyyənləşir (AFİŞA)

İdman
 21-02-2019, 11:16     10 447

Bu gün Avropa Liqasında 1/16 finalın növbəti cavab qarşılaşmaları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, baş tutacaq 15 oyundan sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

İlk oyunda səfərdə BATE-yə minimal hesabla uduzan "Arsenal” Londonda mərhələ keçməyi hədəfləyir. Ukraynadakı qarşılaşmada qollu bərabərliyə razılaşan "Ayntraxt”la "Şaxtyor”un növbəti dueli də maraqlı mübarizə vəd edir.

"Zenit” də İstanbulda "Fənərbaxça”dan aldığı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq haqqında düşünür.

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi daha bir oyunda "Qalatasaray” "Benfika”ya qonaq olacaq. "Cim-Bom” evdə məğlub olsa da, səfərdən turu keçərək dönmək istəyir.

Qeyd edək ki, bu mərhələnin bir oyununda "Sevilya" "Latsio"nu mübarizədən kənarlaşdırıb (1:0, 2:0)

Avropa Liqası
1/16 final
Cavab oyunları

21 fevral
21.55 Arsenal (İngiltərə) - BATE (Belarus)
İlk oyun - 0:1

21.55 Dinamo (Zaqreb, Xorvatiya) - Viktoriya (Çexiya)
İlk oyun - 1:2

21.55 Ayntraxt (Almaniya) - Şaxtyor (Ukrayna)
İlk oyun - 2:2

21.55 Napoli (İtaliya) - Sürix (İsveçrə)
İlk oyun - 3:1

21.55 Zalsburq (Avstriya) - Brügge (Belçika)
İlk oyun - 1:2

21.55 Valensiya (İspaniya) - Seltik (Şotlandiya)
İlk oyun - 2:0

21.55 Vilyareal (İspaniya) - Sportinq (Portuqaliya)
İlk oyun - 1:0

21.55 Zenit (Rusiya) - Fənərbaxça (Türkiyə)
İlk oyun - 0:1

00.00 Benfika (Portuqaliya) - Qalatasaray (Türkiyə)
İlk oyun - 2:1

00.00 Betis (İspaniya) - Renn (Fransa)
İlk oyun - 3:3

00.00 Çelsi (İngiltərə) - Malmö (İsveç)
İlk oyun - 2:1

00.00 Dinamo (Kiyev, Ukrayna) - Olimpiakos (Yunanıstan)
İlk oyun - 2:2

00.00 Genk (Belçika) - Slaviya (Çexiya)
İlk oyun - 0:0

00.00 İnter (İtaliya) - Rapid (Avstriya)
İlk oyun - 1:0

00.00 Bayer (Almaniya) - Krasnodar (Rusiya)
İlk oyun - 0:0

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26