Interposta.Info

Avropa Liqaslında 8 oyun -

İdman
 8-03-2019, 09:41     10 433

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, 8 oyundan 5-i Bakı vaxtı ilə 21.55-də, qalan 3-ü 5-i 00.00-da başlayıb.

Turnirin favoritlərindən biri olan "İnter” Frankfurtda "Ayntraxt”la "sülh" bağlayıb - 0:0. "Arsenal” səfərdə "Renn”ə 1:3 hesabı ilə yenilib, "Vilyareal” Sankt-Peterburqda "Zenit”ə eyni hesabla qalib gəlib.

"Sevilya" - "Slaviya" oyununa qalib müəyyənləşməyibsə, Zaqreb "Dinamo"su "Benfika"dan üstün olub - 1:0.

Gecə yarısı keçirilən oyunlarda isə "Napoli” "Zalsburq"u, "Çelsi” "Kiyev "Dinamo"sunu 3:0 hesabı ilə yenib. "Valensiya" isə "Krasnodar"dan üstün olub - 2:1.

Avropa Liqası
1/8 final
İlk oyunlar

7 mart
Dinamo (Zaqreb, Xorvatiya) - Benfika (Portuqaliya) 1:0
Qol: Bruno Petkoviç, 38-pen.

Ayntraxt (Almaniya) - İnter (İtaliya) 0:0

Renn (Fransa) - Arsenal (İngiltərə) 3:1
Qollar: Benjamin Buriqeaud, 42. Naço Monreal, 65 (avtoqol). İsmaila Sarr, 88 - Aleks İvobi, 4.
Qırmızı vərəqə: Sokratis, 41 (Arsenal).

Sevilya (İspaniya) - Slaviya (Çexiya) 2:2
Qollar: Vissam Ben Yedder, 1. Munir Əl Haddadi, 28 - Miroslav Stoç, 25. Aleks Kral, 39.

Zenit (Rusiya) - Vilyarreal (İspaniya) 1:3
Qollar: Sərdar Azmun, 35 -İborra, 33; 64. Manu Morlanes, 71.

Çelsi (İngiltərə) - Dinamo (Kiyev, Ukrayna) 3:0
Qollar: Pedro, 18. Villian, 65. Kallum Hudson-Odoi, 90.

Napoli (İtaliya) - Zalsburq (Avstriya) 3:0
Qollar: Arkadiuş Milik, 10. Fabian Ruis, 18. Jerome Junior Onquene, 58 (avtoqol).

Valensiya (İspaniya) - Krasnodar (Rusiya) 2:1
Qollar: Rodriqo, 12; 2 - Viktor Klaesson, 63.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26