Interposta.Info

Futbol üzrə Ukrayna çempionatında qəribə hadisə baş verib-

İdman
 11-08-2017, 15:51     10 624

Futbol üzrə Ukrayna çempionatının II Divizionunda qəribə hadisə baş verib.

“Report”un məlumatına görə, V tur çərçivəsində keçirilən “Enerqiya” - “Mir” görüşünün 82-ci dəqiqəsində baş hakim Pavel Salnikov qonaqların qapısına penalti təyin edib.

Meydan sahiblərinin kapitanı Roman Boçak 11 metrlik zərbəni dəqiq yerinə yetirib və hesabı bərabərləşdirib – 3:3. Lakin referi yan xətt hakimi ilə məsləhətləşdikdən sonra qolu saymayıb və “Mir”in lehinə sərbəst zərbə qərarı verib.

Yerli mətbuat olayı “penaltinin sirli şəkildə yoxa çıxması” adlandırıb.

Qeyd edək ki, oyun “Mir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26