Interposta.Info

Qurban Berdıyev yenidən "Rubin"də -

İdman
 9-06-2017, 23:02     595

"Rostov"dan ayrılan Qurban Berdıyevin "Rubin"i çalışdıracağı rəsmiləşib.

Qol.az-ın məlumatına görə, bu barədə Kazan təmsilçisinin rəsmi saytı xəbər yayıb.

Türkmənistanlı mütəxəssislə hərtərəfli razılıq əldə olunduğu bildirilib. 64 yaşlı məşqçi "Rubin"də Xavyer Qrasiyanı əvəzləyib.

Xatırladaq ki, Berdıyev 2001-2013-cü illərdə də “Rubin”də çalışıb. Onun rəhbərliyi altında Kazan klubu 2 dəfə Rusiya çempionu, 2 dəfə superkubokun, 1 dəfə isə kubokun qalibi olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26