Interposta.Info

İslamiada:

İdman
 13-05-2017, 22:21     1 104

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir.

Musavat.com xəbər verir ki, qadınlardan ibarət millimiz də növbəti oyununu keçirib. İlk oyunda rahat qələbə qazanan Faiq Qarayevin yetirmələri bu dəfə Tacikistanla üz-üzə gəlib.

Türkiyə ilə birlikdə turnirin əsas favoritlərindən biri olan millimiz qələbə seriyasını davam etdirib. 3:0 (25:9, 25:7, 25:10) hesabı ilə Tacikistana qalib gələn milli komandamız, bu qələbə ilə qrupdakı vəziyyətini sağlamlaşdırdı.

İslam Həmrəyliyi Oyunları
Qadınlar
II tur

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

Qeyd edək ki, yığmamız ilk oyununda Qırğızıstanı 3:0 (25:7, 25:3, 25:8) darmadağın edib.

interposta.info
İslamiada:
İslamiada:
İslamiada:
İslamiada:
İslamiada:
İslamiada:
İslamiada:
İslamiada:
İslamiada:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26