Interposta.Info

Millimizdən startda acınacaqlı məğlubiyyət - YENİLƏNİB

İdman / Paradoks
 20-08-2021, 21:02     1 748

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununu keçirib.

"İnterPosta" Fanat.az-a istinadən xəbər verir ki, A qrupunda yer alan komandamız Serbiyada Belçika yığması ilə üz-üzə gəlib.

Millimiz ilk seti 12 xal fərqlə yenilib. Vüqar Əliyevin komandası ikinci setboyu öndə olsa da, sonda üstünlüyü əldən verib (24:26). Üçüncü hissədə isə yenidən belçikalıların 12 xallıq üstünlüyü qeydə alınıb.

Beləliklə, millimiz Avropa çempionatına "quru" hesablı məğlubiyyətlə başlayıb.

Qrupun digər görüşündə Rusiya və Fransa seçmələri qarşılaşacaq.

Avqustun 19-da baş tutan ilk matçda Serbiya Bosniya və Herseqovina üzərində 3:0 hesabı ilə qələbə qazanıb.

Qrupda ilk 4 yeri tutan komandalar pley-off mərhələsinə adlayacaqlar.

Qeyd edək ki, 32-ci qitə çempionatına Serbiya ilə yanaşı, Bolqarıstan, Xorvatiya və Rumıniya ev sahibliyi edir. Yarışa sentyabrın 4-də yekun vurulacaq.

Avropa çempionatı
Qru mərhələsi
I tur

20 avqust
Azərbaycan - Belçika 0:3 (13:25, 24:26, 13:25)
Azərbaycan:
19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova, 2. Yana Doroşenko, 14. Kristina Besman, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 15. Nilufər Ağazadə, 10. Anastasiya Mertsarova, 7. Olena Xarçenko, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 10. Marqarita Stepanenko, 4. İlhamə Əliyeva, 11. Anastasiya Bayduk
Baş məşqçi: Vüqar Əliyev
Belqrad. “Stark Arena”.

Xatırladaq ki, Avropa çempionatını İctimai Tv yayımlayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26