Futzal millimiz Avropa çempionatında 1/4 finala yüksəlib

Futzal üzrə Azərbaycan milli komandası Sloveniyada keçirilən Avropa çempionatında vaxtından əvvəl dörddə bir finala vəsiqəni təmin edib.
"Report" xəbər verir ki, komandamız Fransa yığması ilə üz-üzə gəlib.
Qarşılaşma millimizin 5:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra yığma komanda ikinci görüşün nəticəsindən aslı olmayaraq növbəti mərhələyə vəsiqə qazanıb. Fransa yığması isə 2 oyuna 1 xal toplayıb. Millimiz növbəti matçda İspaniya ilə qarşılaşacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26